Azərbaycanda yüzdən artıq bələdiyyə ləğv ediləcək

Hazırda oxunan: Azərbaycanda yüzdən artıq bələdiyyə ləğv ediləcək

54589

Moderator.az xəbər verir ki, bu məsələ Mili Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsi müzakirəsi zamanı qeyd olunub. Komitə sədri Arif Rəhimzadə deyib ki, qanun layihəsinə əsasən ümumilikdə respublikanın 21 rayonu üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 bələdiyyənin yaradılması və 110 bələdiyyənin ləğv edilməsi nəzərdə tutulub:

”Qanun qüvvəyə mindikdən sonra ölkədə bələdiyyələrin sayı 1717-dən 1607-yə enəcək”. Komitənin 2014-cü il payız sessiyası üçün iş planının layihəsi haqqında danışan sədr A. Rəhimzadə deyib ki, komitə 3 qanun layihəsinin hazırlanması və müzakirəsini nəzərdə tutur: “Belə ki, bu sessiyada komitə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycanda bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanun layihəsi, “İnzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi” və “Qanunlara dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri” müzakirə olunacaq”. Komitə sədri onu da əlavə edib ki, 2015-ci ilin yanvar ayından etibarən yerli ödənişlər nağdsız şəkildə aparılacaq və bu da bələdiyyələrin ümumi işinə kömək olacaq:

“Eyni zamanda atılan bu addım şəffaflığın təmin edilməsi üçün mühüm vasitədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin