1-ci Qarabağ müharibəsinin iştirakçılarından biri erməni general-mayor Feliks Qzoqyan erməni gənclərin Azərbaycanla müharibə olacağı təqdirdə döyüşdən yayınacaqları fikrinə münasibət bildirib.
Erməni general erməni gənclərin müharibəyə getməyəcəkləri təqdirdə onları zorla müharibəyə aparacağını deyib.
"Bəzi erməni gənclər müharibəyə bir şərtlə gedəcəklərini bildirirlər. Onlar erməni oliqarx övladlarının Azərbaycan ordusu ilə döyüşəcəyi təqdirdə əllərinə silah alacaqlarını deyirlər. Əgər müharibə başlasa mən müharibəyə gedəcəm. Əgər onlar yanımda olmasalar onları məcburən döyüşə aparacam", - deyə erməni general-mayor bildirib.
(anspress)

































































































