Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu

Hazırda oxunan: Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu

52183
İsmayıl Alper Coşqun: "Bu səfərin sentyabr ayı ərzində reallaşacağı gözlənilir"

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın bu postda ilk səfər edəcəyi ölkənin Azərbaycan olacağı dəqiqləşib. 

Ədalət və İnkişaf Partiyasının yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə Rəcəb Tayyib Ərdoğanın özü bunu açıqlayıb. O, prezident postunda ilk səfərini Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini bildirib. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun səfər çərçivəsində müzakirə olunacaq məsələlərdən danışıb.

Alper Coşqun qeyd edib ki, Türkiyə Cümhuriyyətinin prezidenti seçilən şəxsin ilk olaraq Azərbaycana səfər etməsinin mənəvi anlamı var. Görüşlər çərçivəsində iki ölkə arasında münasibətlər, gündəmdə olan məsələlər, TANAP və Bakı-Tiflis-Qars layihələri müzakirə olunacaq. Təmas xəttində olan əsgərlərin şəhid olması ilə bağlı prezidentin dəyərləndirilmələri olacaq. Sentyabr ayı ərzində bu səfərin reallaşacağı gözlənilir”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin