Göyçayda "Quran"ın tədrisi cinayət sayılır

Hazırda oxunan: Göyçayda "Quran"ın tədrisi cinayət sayılır

48969

“Dünən Azər adlı inanclı bir insan Göyşay Rayon Polis Şöbəsinin rəisinin təqdimatı əsasında həbs edilərək məhkəmə qarşısına çıxrarılıb”. Bu barədə Moderator.az-ı hüquq müdafiəçisi Vidadi İsgəndərli məlumatlandırıb. V.İsgəndərlinin sözlərinə görə, baş verənlər rayonda ciddi həyəcana səbəb olub:

“Məhkəmənin qarşısına 300-dən çox inancıl insan taplaşmasını görən Allahsız və rüşvətxor hakim Elxan Babayev insanların qəzəbından qorxub Azərin işini 30 iyuna qədər təxirə salıb. Mən rayona Göyçayın inanclı insanları tərəfindən dəvət edilmişəm. Elxan Babayev və pols rəisi İslam Hümbətova bir sualım var. Siz və qohumlarınız dünyasını dəyişəndə erməni adət-ənənəsi ilə dəfn olunacaqsınız? Xatırladım ki, Azərin “günahı” məsciddə Qurandan dərs keçməsi olub. İnsanları narahat edən odur ki, bu müqəddəs orucluq bayramında Mənsur Məmmədovun rəhbərlik etdiyi rayonunda bu təxribat kimə lazımdı ? Bu haqsızlıq 120 min insanın hiddətinə səbəb olub.İnsanlarnan görüş keçirtdim.Onların məntiqli ideyası oldu. Vətəndaşlar hesab edir ki, baş verənlər Məmmədovun prezident İlham Əliyevin Göyçaya səfəri ərəfəsində bir təxribatıdır. Bunu başqa cür qiymətləndirmək olmaz”.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin