Qələndər Muxtarlı: “Eldar Namazov yoluna ayrılıqda davam edəcək”

Hazırda oxunan: Qələndər Muxtarlı: “Eldar Namazov yoluna ayrılıqda davam edəcək”

40510

 İndiki siyasi mühitdəMilli Şuradatəmsil olunubsiyasətlə məşğul olmaq çətin məsələdir.

 Bu barədə Moderator.az-a açıqlamasında Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) sədri Qələndər Muxtarlı Eldar Namazovun Milli Şura sıralarından istefa verməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə,  qarşıdan Cənubi Qafqaza olduqca ciddi qlobal proseslər yaxınlaşır: “Bunu görməməzliyə vurmaq ciddi mövqe deyil. Bütünlükdə Milli Şurada və onun ətrafında cərəyan edən proseslər bilavasitə onunla əlaqədardır. Görünən odur ki, kimsə bu yaxınlaşan hadisələrdə öz maraqlarını şəriksiz təmin etmək istəyir, kimsə  “status-kvo”nun qalması üçün müxalifət daxilində həyasızcasına dagıdıcılıqla məşgul olur, kimlərsə də ümidin keçdiyi 21 ilin məşəqətlərinə heyfi gəlib təmiz, saf əxlaqına, adına secdiyi yoluna sədaqətini sonadək saxlamağa çalışır və  Milli Şura adlı quruma inanır. Bu yolla addımlamağa davam edir”.

 Qələndər Muxtarlı hesab edir ki, qurumdan istefa verənlərin qarşısını almağa dəyməz: “ Düşünürəm ki, gedəni saxlamazlar. Hər kəsin yolu açıq olsun!”

Eyni zamanda, AMDP sədri Eldar Namazovun Milli Şura sıralarını tərk etməsini, onun  yeni təşkilat quracağı ilə də əlaqələndirdi: “Eldar bəy kifayət qədər savadlı və təcürbəli siyasətçidir. Yəqin hesab edir ki, prosesləri  özünün quracağı təşkilatla qarşılayacaq və yoluna ayrılıqda davam edəcək. O da çox güman ki, dəyişikliklərin ab-havasını hiss edir. Düşünürəm ki, istefa verməsinin səbəbi  həm də ordan qaynaqlanır”.

 

 Ülkər Musazadə


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin