Daha bir jurnalist ailəsində faciə - Həkim səhlənkarlığı

Hazırda oxunan: Daha bir jurnalist ailəsində faciə - Həkim səhlənkarlığı

37712

AMEA-nın əməkdaşı, jurnalist Abbasova Səadət Cabbar qızının anası yıxılıb ayağı burxulduğu üçün müraciət etdiyi Biləcəri Dəmiryol xəstəxanasnda ilk tibbi müdaxilə zamanı vurulan iynədən dünyasını dəyişib. 

Moderator.az  xəbər verir ki, “Aznews.az”a açıqlamasında anasının ölümündə xəstəxananın həkimlərini günahlandıran Səadət Abbasovanın dediyinə görə, xəstəxanaya çatanda anasının qan təzyiqi düşməyə başlayıb. Rentgen etmək üçün aldıqları otaqda anasının ürək xəstəsi olduğunu bildirdikləri halda, həkimlər xəstəyə sistem köçürmək üçün damarından ard-arda bir neçə iynə vurublar və elə iynələrin altındaca xəstə keçinib. 

Səadət xanım bu barədə Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurub şikayət etmək istəsə də, ona Biləcəri Dəmiryol Xəstəxanasının Səhiyyə Nazirliyinə aid olmadığını deyiblər: “Səhiyyə Nazirliyindən bildirdilər ki, bu xəstəxananın onlara aydiyyəti yoxdur, bunun üçün Baş İdarəylə əlaqə saxlamalıyam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin