Milli Məclisin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə sabah parlamentdə büdcə layihəsi müzakirələri başlayır. Sessiyanın bir neçə gün çəkəcəyi bildirilir.
Müzakirəyə çıxarılacaq qanun layihələri “2014-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında layihələr olacaq.


































































































