Nəcməddin Sadıqov barədə yeni iddia

Hazırda oxunan: Nəcməddin Sadıqov barədə yeni iddia

35977

Yeni müdafiə naziri Zakir Həsənovun nazirlikdə çoxsaylı yerdəyişmələr etməsi mətbuatın diqqətini cəlb edən əsas mövzulardan birinə  çevrilib. Ancaq bəzi müşahidəçilər iddia edir ki, uzun illər Səfər Əbiyevlə münasibətləri soyuq olan prezidentin müdafiə məsələləri üzrə köməkçisi  general Vahid Əliyevin əl-qolu son günlər açılıb və son təyinatlar onun məsləhəti, göstərişləri əsasında həyata keçirilir.

Ancaq hərbi ekspert Üzeyir Cəfərov fərqli düşünür. Onun iddiasına görə qanunla Vahid Əliyevin güc strukturlarının işinə müdaxilə etmək səlahiyyəti, təyinatlarla bağlı bu və ya digər formada fikir bildirmək imkanı olsa da iddialarla razılaşmaq olmaz: “Ola bilər ki, Vahid Əliyev kiminsə namizədliyini təklif etsin. Amma məndə olan məlumata görə son təyinatların hamısını Nəcməddin Sadıqov həyata keçirir. Hər halda tezliklə bəlli olcaq ki, kim hansı gücə sahibdir və kimin əhatə dairəsi hara qədərdir. Özü də çox gözləmək lazım gəlməyəcək...”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin