Azərbaycan ərazisində küləkli hava davam edəcək

Hazırda oxunan: Azərbaycan ərazisində küləkli hava davam edəcək

34780
Oktyabrın 5-də Bakı və Abşeron yarımadasında soyuq, küləkli hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi arabir güclənəcək.

 Bunu Moderator.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O, bildirib ki, havanın temperaturu gecə və gündüz 11-15 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında oktyabrın 5-də şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə  intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 15-19, dağlarda gecə və gündüz 4-9 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə isə 0 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin