19 sentyabrda gözlənilən hava şəraiti

Hazırda oxunan: 19 sentyabrda gözlənilən hava şəraiti

33992

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən  məlumata görə:

Bakıda və Abşeron yarımadasında
Sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluğun artacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şərq  küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 18-21, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Sentyabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin