“Bir qarış torpağın belə azad edilməsi böyük hadisədir”

Hazırda oxunan: “Bir qarış torpağın belə azad edilməsi böyük hadisədir”

247783

Düşmən işğalından 2016-cı ilin aprel döyüşləri nəticəsində azad edilən Cocuq Mərcanlı kəndində həyata keçirilən böyük tikinti-quruculuq işləri, istehsalat müəssisələrinin inşası və s. bu gün də davam edir.

Istər Cocuq Mərcanlı, istərsə də düşmənə təmas xəttində yerləşən digər bölgələrdə yeni iş yerlərinin açılması əhalinin məşğulluq probleminin həlli, insanların Bakı və digər iri şəhərlərə axınının qarşısını almaq baxımından nə dərəcədə zəruridir?

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov işğaldan azad edilən ərazilərdə geniş quruculuq işlərinin aparıldığını, bunun bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirdi:

“Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıda aparılan böyük quruculuq işləri, evlərin tikintisi, Azərbaycan bayrağının yüksəldilməsi həm iqtisadi, həm də mənəvi baxımdan bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bir qarış torpağın belə azad edilməsi böyük hadisədir. Belə ərazilərdə istehsalat müəssisələrinin inşası, sosial layihələrin həyata keçirilməsi də xa0olduqca önəmlidir.

Naxçıvanda da xeyli torpaq sahəsi azad edilib. Orada da ciddi quruculuq işləri görülür. Naxçıvan rəhbərliyi bu istiqamətdə böyük işlər görür. Hansı ki, bunlar xalqımızın və dövlətimizin maraqları baxımından üçün olduqca əhəmiyyətlidir”.

xa0

Seymur ƏLİYEV

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin