“Aprel hadisələrində Azərbaycan prezidentinin mövqeyinə cəmiyyətin münasibəti birmənalı oldu. Hamı etiraf etdi ki, problem diplomatik və hərbi yolla aparmalıdır. Amma gündəmə bir məsələ gəldi ki, niyə kasıb uşaqları müharibəyə gedir, varlılarınki yox. Bu çox təhlükəli tendesniyasıdır, ziyalılar bunu durdurmaq üçün müəyyən işlər görməlidir”x9d.xa0
Moderator.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında bildirib.xa0
Fazil Mustafa həmçinin deputatların şəhidlərin dəfnində iştirak etməməsi haqqında yayılan fikirlərə də münasibət bildirib: “Deyirlər ki, şəhidlərin dəfnində hər kəs iştirak etdi, deputatlar yox. Bu biarbçılıqdır. Deputat həmkarlarım və mən şəhidlərin dəfn mərasimlərində iştirak etdik. Milli Məclisin üzvləri xalqla birlikdə oldu. Bunun xüsusi kateqoriya kimi ayırmaq düzgün deyil. Bunu yazan saytları, jurnalistlərə də tənqidi yanaşılmalıdır. Deputat şəhidin qəbri üstündə şəkil çəkib yaymalıdır? Bu cəmiyyəti bölgülərə, təbəqələrə ayırmaqdır. Hansı təbəqədən asılı olmayaraq vətən məsələsinə münasibət Azərbaycan cəmiyyətində dəyişməlidir".xa0




































































































