“Düşmən ağzını açmağa macal tapmamış onu qabaqlamalıyıq”x9d

Hazırda oxunan: “Düşmən ağzını açmağa macal tapmamış onu qabaqlamalıyıq”x9d

130131

Məlum olduğu kimi, ölkə daxilində döyüş və vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsində, erməni yalanlarının ifşasında, düşmənin informasiya təxribatlarının de-şifrə edilməsində Azərbaycan mediasının üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Bu mənada cəbhə xəttindəki məlum gərginlik fonunda mediada da ciddi aktivlik müşahidə edilməkdədir.

Təmas xəttində hərbi toqquşmaların davam etdiyi indiki dönəmdə media öz fəaliyyətini hansı prinsiplər üzərində qurmalıdır?  Mövcud situasiyada medianın üzərinə hansısa əlahiddə vəzifə və öhdəliklər düşürmü?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış media eksperti Elçin Şıxlı jurnalistlərin iş prinsipində hansısa dəyişikliyin yalnız hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə şəraitində baş verə biləcəyini vurğuladı:

“Jurnalist peşə kodeksinə uyğun şəkildə hərəkət etməlidir. Əgər iş prinsipində hansısa dəyişiklik olmalıdırsa, o zaman rəsmi şəkildə ya fövqəladə, ya hərbi şərait elan edilməlidir. Açıq şəkildə bildirilməlidir ki, bu gündən etibarən bu məsələlər haqqında yazmaq olar, bu məsələlər haqqında isə yox. Bu zaman qeyd etdiyim kimi, hansısa rəsmi mənbəyə istinad eləmək lazımdır. Hələ ki, rəsmi şəkildə belə bir vəziyyət yoxdur.

Təxminən 7-8 ay bundan əvvəl də cəbhə xəttində bir gərginlik yaranmışdı. O zaman media sərbəst şəkildə cəbhədəki vəziyyətlə bağlı mövzular işlədi. Sonradan bildirdilər ki, rəsmi mənbələtə istinad etək lazımdır, özbaşına yazılar yazmaq olmaz”x9d.

Ekspertin sözlərinə görə, Azərbaycan informasiya müharibəsində təşəbbüsü ələ almaq üçün öz çeviklik və operativliyini artırmalıdır:

“Məsələ bundadır ki, son hadisələr fonunda da rəsmi mənbələr informasiyaları gecikmələrlə çatdırdı. Ermənilər və ruslar bizdən daha çevik işlədi. Biz yalnız sonradan reaksiya verməyə başladıq. Unutmamalıyıq ki, belə bir vəziyyətdə Silahlı Qüvvələrin müharibəsi ilə yanaşı, həm də informasiya müharibəsi gedir. Informasiya müharibəsi isə o deməkdir ki, xəbəri verəndə gərək hər kəsi önləyəsən. Düşmən ağzını açmağa macal tapmamış onu qabaqlamalısan. Bu, informasiya müharibəsinin əsas tələblərindən biridir”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin