Tanınmışlardan kimlər vəsiyyətnamə yazıb?

Hazırda oxunan: Tanınmışlardan kimlər vəsiyyətnamə yazıb?

124764

Hazırda ölkə mətbuatında ən çox müzakirə edilən məsələlərdən biri İlhamə Quliyevanın miras qalmaqalı ilə bağlıdır. Müğənninin zamanında vəsiyyətnamə tərtib etməməsi, ölümündən sonra qohumları, yaxınları arasında vərəsəlik davasına səbəb olub.

Qeyd edək ki, Azərbaycanda vərəsəlik davaları tez-tez rastlanan problemlərdən biridir. Məhkəmə proseslərini yaxından araşdıranda məlum olur ki, bu problem nəinki varlı, imkanlı, həmçinin aztəminatlı, yoxsul ailələrdə də yaşanır. Bəzən adi, o qədər də maddi dəyəri olmayan əşya üstündə qohumlar arasında mübahisə düşür, iş məhkəməyə qədər gedib çıxır. 

Dünya praktikasına nəzər yetirəndə məlum olur ki, inkişaf etmiş ölkələrin əksəriyyətində orta, aşağı təbəqənin nümayəndələri də hələ sağlıqlarında vəsiyyətnamə yazır, vərəsələri müəyyənləşdirirlər. Bir çoxları isə ölümlərindən sonra bədən orqanlarını bağışladıqları barədə vəsiyyət edir. Bu, artıq dünyada adi bir proses kimi qəbul edilir. Qardaş Türkiyədə statistik məlumata görə, hər 1 milyondan 3 nəfəri orqanlarını bağışlayır. Azərbaycanda isə tanınmışlardan millət vəkili Qənirə Paşayeva bu cür addım ataraq ölümündən sonra orqanlarını bağışladığı barədə vəsiyyət yazıb.

Bir sözlə, insanların sağlıqlarında vəsiyyətnamə tərtib etməsi özlərindən sonra bir çox problemləri aradan qaldırmış olur. Bəs görəsən tanınmışlardan kimlər vəsiyyətnamə yazıb? Bu sualla bir neçə tanınmışa müraciət etdik.

Tanınmış müğənni-bəstəkar Niyaməddin Musayev hələ vəsiyyət barəsində düşünmədiyini dedi:
“Hələ tezdir vəsiyyətnaməyə. Vaxtı gələndə eləyərik”x9d.

Müğənni, tanınmış cazmen Cavan Zeynallı da hələ ki, vəsiyyət barəsində düşünmür. Bu barədə onun həyat yoldaşı Röya xanım açıqladı. Röya xanım ilk öncə İlhamə Quliyevanın miras qalmaqalına münasibət bildirdi:
“Bu barədə çoxlu sayda şayiələr danışırlar. Onun bir oğlu var. Hər ailədə ailə başçısı dünyadan köçəndə onun mirası övladına qalır. Bu əvvəldən belə olub. İndi insanlar haqq dünyasına çatmamış onun mirası haqda fikirləşirlər. Bu, düzgün deyil. İlhamə Quliyeva milyoner deyil ki. Onun oğlu var, mirası da ona qalacaq.

O k qaldı Cavan müəllimin vəsiyyət etməsinə. Hələ ki bu barədə düşünməmişik... Allah bütün sənətkarlarımıza can sağlığı versin, çalışıram ki, Cavan müəllim çox yaşasın”x9d.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə vəsiyyət etməyə mal-mülkü olmadığını dedi: “Vəsiyyətnaməni o adamlar yazır ki, onların var-dövləti olur və onun bölüşdürülməsi uğrunda övladları arasında mübarizə gedir. Çox təəssüf ki, bizlər ac yaşayan insanlarıq. Bizim elə bir varımız yoxdur ki, onu vəsiyyət edək. Öləndə övladlarımız bizi basdırsalar böyük işdir. Qoy o adamlar vəsiyyətnamənin qayğısına qalsın ki, onların milyonları var. Bizim bu gündən sabaha çörək tapmayan insanlarıq. 
Mən kirayədə yaşayan insanam. Belə olan təqdirdə mənim nə vəsiyyətim ola bilər?”x9d 

Tanınmış jurnalist Seymur Verdizadə deyir ki, adətən, vəsiyyəti yaşlı insanlar edirlər: "Bu da ilk növbədə onunla bağlıdır ki, cavan olanda heç kim ölüm haqda fikirləşmir. Amma ölüm haqdır, onun bizi harda yaxalayacağını heç kim deyə bilməz. Buna görə də insanın hətta cavan yaşda da vəsiyyət etməyində qeyri-adi heç nə yoxdur.

Hələlik mən övladlarıma ancaq yaxşı oxumağı və ləyaqətli ömür sürməyi vəsiyyət edə bilərəm. Çünki onlara vəsiyyət edəcəyim malım-mülküm, daşınmaz əmlakım yoxdur. Nahaq deməyiblər ki, “yaxşı oğul neynir ata malını”x9d... Ata malı heç pis oğula da lazım deyil. Bir valideyn kimi övladlarıma verə biləcəyim ən dəyərli miras yaxşı təhsildir. Bundan sonra qalanını əldə etmək çətin deyil.

Sualınıza gəlincə, bu məsələyə Azərbaycan reallığından çıxış edərək cavab vermək lazımdır.

Əgər bu gün övladlarımı başıma toplayıb, onlara vəsiyyət etsəm, evdə aləm bir-birinə dəyər. Onlar hələ yeniyetmədirlər, belə ağır yükü qaldırmağa hazır deyillər. Bəlkə də müəyyən dövrdən sonra onlarla bu barədə açıq danışmaq olar”x9d.

Seymur Verdizadə bədən orqanlarının vəsiyyət edilməsi məsələsinə də toxunub:
“İnsanların sağlığında bədən orqanlarını kiməsə bağışlamasına yaxşı baxıram. Əgər dünyadan köçəndə hansısa orqanım başqa bir insana ömür verəcəksə, mən onu bu gündən həmin adama bağışlayıram”x9d.(musavat.com)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin