ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllinə çalışaraq məsələni irəli aparmaq istəyən bir qrupdur.
xa0
Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
xa0
Onun sözlərinə görə, Minsk qrupu həmsədrləri, o cümlədən Ceyms Uorlik bununla bağlı bəyanat yayıb: "Onların fəaliyyətləri uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə yönəlib. Bu isə ATƏT-in prinsiplərinə uyğun kontekstdə həyata keçirilən fəaliyyətdir”x9d.
xa0
Səfir bildirib ki, NATO üzvləri azad və sülhün bərqərar olduğu Avropa görmək istəyir: "Bu məqsədə nail olmaq üçün NATO-ya üzv ölkələr birgə fəaliyyət göstərərək Helsinki və BMT prinsipləri əsasında münaqişələrin birgə həlli üçün çalışmalıdırlar".(apa)


































































































