Yer kürəsində müsəlmanların sayı 2 milyardı ötdü...- 2070-ci ildə isə...

Hazırda oxunan: Yer kürəsində müsəlmanların sayı 2 milyardı ötdü...- 2070-ci ildə isə...

621831
2050-ci ildə Yer kürəsi əhalisi arasında xristianların və müsəlmanların sayı bərabərləşəcək. 2070-ci ildə isə... 
 
Bu həftə dünyanın müsəlman əhalinin sayı 2 milyardı ötərək 2 milyard 6 milyon  931 min 770 nəfər olub.
 
Moderator.az xəbər verir ki,  bu haqda "Morocco World News" nəşri "Global Muslim Population"  saytının araşdırmasına əsasən məlumat yayıb.
 
Müsəlmanlar hazırda 8 milyarddan çox olan dünya əhalisinin 25%-dən çoxunu təşkil edir və İslam saya görə xristianlıqdan sonra dünyanın ikinci ən böyük dinidir.
 
 "Pew Research Center" araşdırma mərkəzinin 2017-ci ildə apardığı araşdırmada deyilir ki, bu əsrin ikinci yarısında müsəlman əhalinin sayı xristian əhalinin sayını keçəcək. Artıq 2035-ci ilə qədər, elm adamlarının gözlədiyi kimi, digər din mənsublarından daha çox müsəlman uşaq dünyaya gələcək.
 
Hələ 2015-ci ildə Vaşinqtonun Pyu adına tədqiqat mərkəzinin profil bölməsinin məruzəsində yer almış proqnoza görə isə, 2050-ci ildə Yer kürəsi əhalisi arasında xristianların və müsəlmanların sayı bərabərləşəcək. 2070-ci ildə isə İslam dünyanın aparıcı dininə çevriləcək. 
 
Sultan Laçın
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin