Rusiya SSRİ-ni qaytarmaq istəyir - artıq ilk addımlar atılıb... - İsrail mediası

Hazırda oxunan: Rusiya SSRİ-ni qaytarmaq istəyir - artıq ilk addımlar atılıb... - İsrail mediası

613477
Ruslar Sovet İttifaqını dirçəltmək üçün hər cür səy göstərirlər, çünki Rusiyanın özü qürur üçün heç bir əsas vermir.
 
Moderator.az xəbər verir ki, bunu  İsrail mediası “SVTV NEWS”  telegram-kanalına istinadla yayıb.
 
Kursk vilayətində əhaliyə sovet dövründə icra edilən fövqəladə hallar və qəzalarda ilk tibbi yardımın göstərilməsi alqoritmlərini öyrədəcək "Sanitar müdafiəyə hazırıq" adlı kurslar keçiriləcək.
 
Qubernator Roman Starovoyt bildirib ki,  yalnız məktəblilər deyil, böyüklər də təlim keçə biləcəklər. Standartların müvəffəqiyyətlə çatdırılması üçün iştirakçılar sertifikat və döş nişanı ilə təmin olunurlar.
 
Rusiyada ilk belə layihə olan Rusiya Qızıl Xaç Cəmiyyətinin Kursk regional bölməsinin əməkdaşları tərəfindən artıq 300 şagird üçün ilk dərslər keçirilib. Beləliklə, səlahiyyətli orqanlar əhalinin tibbi biliklərin əsasları üzrə maarifləndirilməsi məsələsini həll edir ki, bu da lazım gəldikdə insanların həyatını xilas edə bilər.
 
Bununla belə, fövqəladə hallarda ilkin tibbi yardım üçün zəruri olan ilk yardım dəstlərinin("apteçka"lar) tədarükü ilə bağlı məsələ qalmaqdadır. Hakimiyyət, xüsusən də Ukrayna ilə müharibədə döyüş meydanında ilk tibbi yardım dəstlərinin çatışmazlığını nəzərə alaraq bu məsələnin necə həll ediləcəyini hələ açıqlamayıb.
 
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin