"Mən istisnasız olaraq Vətənimin rifahı naminə çalışıram"
"Bir çox mediaanalitiklərdən başqa həşərat-mediareketçilər də var və onlar ayaqyolunda yurd salıb çoxalır..."
"Putinin aşpazı" bu ayamanın necə yaranmasını açıqlayıb
"Vaqner qrupu" özəl hərbi şirkətinin təsisçisi və sponsoru Yevgeni Priqojın kimə işləməsi barədə suala cavab verərkən pafosla bəyan edib ki, onun bütün fəaliyyəti istisnasız olaraq "Vətəninin rifahı naminədir".
Moderator.az xəbər veri ki, bu barədə oliqarxın mətbuat xidməti "Telegram-kanal"da məlumat yayıb.
Bu zaman milyardçı opponentlərini sərt tənqid edərək onları "media reketləri", onların istifadə etdikləri populyar videoplatformanı isə "ayaqyolu" adlandırıb.
"Mən nə edirəmsə, hamısını istisnasız olaraq Vətənimin rifahı naminə və istisnasız olaraq öz təşəbbüsümlə edirəm, - Priqojın vurğulayıb".
"Mən bir çox tənqidçilərimin fikri ilə tanışam, onlara cavab verməyə, sadəcə, vaxtım yoxdur. Yadda saxlamaq lazımdır ki, media analitiklərindən başqa, onların maskası altında gizlənən mediareketçilər də var və onlar "ayaq yolunda" yurd salıb çoxalırlar".
Daha sonra əksəriyyəti sabiq məhbuslardan ibarət olan özəl hərbi şirkətin sahibi izah edib ki, onu sosial şəbəkələrdə qıcıqlandıran, əsasən, "Priqojini nə vaxt öldürəcəklər", "Priqojin nə vaxt sıfırlanacaq, "Onun üzünə nə vaxt tüpürəcəklər" kimi mövzulardır.
"Mütəmadi olaraq media fahişəxanasına mediareketlər soxulur. Bunların parlaq nümayəndələrindən biri də Navalni olub", - Priqojin davam edib.
"10 il ərzində mən onun feyk materiallarını aşkar edib ifşa etmişəm. Yeri gəlmişkən, mənə "Putinin aşpazı" ayamasını o düşünüb. Etiraf edim ki, bir çox illər öncə mən restoran işlətmişəm, amma heç vaxt aşpaz olmamışam və yemək hazırlaya bilmirəm".
"Yeri gəlmişkən, Navalni çox peşəkar mediareketçi olub, - Priqojın müxalifətçini özünəməxsus tərzdə tərifləyib. - Həmin Strelkov heç onun dırnağına dəyməz. Strelkovun qiyməti ayda 300 min rubl olub, Navalni isə bir dəfəyə 300 milyon rubl alıb.
Doğrudur, onların bir hissəsi öz investorlarınln kreditlərinin qaytarılmasına gedib. Ona görə də media reketçilərlə ehtiyatlı davranmaq və bütün səyləri onların tutulmasına sərf etmək lazımdir. Çünki onlar cinayətkarlardır".
Şərhinin sonunda Rusiya prezidentinə yaxın olan biznesmən özünün bədxahlarını "dixlofosla" təhdid edib.
Son vaxtlar Yevgeni Priqojın KİV-lərdə tez-tez xatırlanmasına çalışır. Bu da, çox güman ki, onun hansısa gələck planlarından xəbər verir. Biznesmen bu və ya digər xəbəri "şərh etmək" imkanını əldən vermir. Əsasən Ukrayna ilə bağlı müxtəlif suallara özünün mətbuat xidməti vasitəsilə cavab verir.
Bu zaman "Rusiyanın təhlükəsizliyinə" öz töhfəsini vurğulamağı da unutmur. O cümlədən fevralın 2-də Priqojın qiyabi məhkum edilmiş müxalifətçi jurnalist Aleksandr Nevzorov barəsində şərh verib.
O, Putin rejiminin fəal tənqidçisinə ona qiyabi kəslmiş 8 illik azadlıqdan məhrumetmə cəzasına əlavə olaraq gəlirlərindən məhrum etməklə təhdid edib. Sonradan bəlli olub ki, söhbət Rusiyada ona məxsus olmayan biznesdən gedir.
"Yaxşı olardı ki, sakitcə oturub, əvvəllər olduğu kimi, ikinci dərəcəli fiqurları tənqid etsinlər", - "Putinin aşpazı "xarici agent" Nevzorova nəsihət verməyi də unutmayıb.



































































































