"Dünyanın heç bir ölkəsi bu tammiqyaslı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib..."
"Yaxın Şərq mənbələri İsrailin İrana qarşı hərbi əməliyyata başlaması barədə məlumat yayıb..."
"Ölən və yaralananlar barədə məlumat yoxdur, İran hakimiyyəti də rəsmi məlumat verməyib..."
"İranda partlayışlar İsraildə terror aktlarından sonra baş verib..."
"Bu, ədalətli cəzadır, çünki İran Rusiyaya yardım edir və Ukraynaya qarşı tammiqyaslı müharibədə ona silah verir..."
İranın strateji obyektlərində bir-birinin ardınca güclü partlayışlar baş verib. Hərbi anbarlara, döyüş sursatları istehsal edilən mərkəzə və aviasiya bazasına zərbələr barədə məlumatlar yayılıb.
Moderator.az xəbər verir ki, bu barədə "УНИАН" agentliyi İranın "İRNA" agentliyinə istinadən məlumat yayıb.
Məlumatına görə, Şərqi Azərbaycan əyalətində Şəhid-Səlimi şəhərində motor yağları istehsalı üzrə iri zavodda yanğın baş verib.
Eyni zamanda, "Tasnim" agentliyi məlumat verir ki, mərkəzi əyalət şəhəri İsfahanda hərbi anbar və döyüş sursatlarının istehsall üzrə mərkəz pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Həmçinin İranın qərbində Dizful şəhərində aviabazada partlayış, Həmədan (İranın qərbi) və Rəşt (ölkənin şimalı) şəhərlərində partlayış və yanğınlar barədə məlumat verilir.
Partlayış səsləri İranın paytaxtı Tehranda da eşidilib. Şəhər üzərində təyyarələr səmaya qaldırılıb.
İsrailin Müdafiə Ordusunun zabiti İqal Levin məlumat verib ki, İran ordusu və və İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Hava Qüvvələri tam döyüş hazırlığına gətirilib.
İranda internetin tam kəsildiyi barədə məlumat verilib.
Yaxın Şərq mənbələri məlumat verir ki, İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Lakin nə İsrail hökuməti, nə də hərbçiləri belə bəyanatlar verməyib.
İran müxalifəti İİKK raketləri olan yeraltı tunelin məhv edilməsi barədə məlumat yayıb.
İran məmurlarından biri bəyan edib ki, saat 23:00-da İsrail İsfahan şəhərində hərbi fabriklərə zərbə endirib. Onun sözlərinə görə, HHM qüvvələri tərəfindən bütün hücumlar dəf edilib.
"İran müxalifəti iranlıları öz təyyarə reyslərini təxirə salmağa çağırış edib, çünki, böyük ehtimalla, İİKK, guya, İsrailin İranın hərbi obyektlərinə endirdiyi zərbələrinə cavab olaraq mülki təyyarələri vurmağa başlaya bilər", - Levin yazıb.
İranın müxtəlif hissələrində şahidlər təyyarə və helikopterlərin intensiv hərəkəti barədə məlumat verib.
Bundan başqa, Həmədanda yeni güclü partlayış barədə məlumat verilib.
"Kəlaçay, Gilan. İranın döyüş aviasiyası səmadadır", - Levin yazıb.
Hal-hazırda ölənlər və yaralananlar barədə məlumat yoxdur, həmçinin İran hakimiyyəti də rəsmi məlumat verməyib.
İranda baş verən partlayışlar "ədalətli cəza"dır, çünki bu ölkə Rusiyaya yardım edir və Ukraynaya qarşı tammiqyaslı müharibə üçün ona silah verir.
Bu barədə jurnalist Yuri Butusov bəyan edib. Məlumatı "УНИАН" nəşri yayıb.
O, həmçinin qeyd edib ki, Rusiyanın HHM-i İranın hərbi obyektlərini mühafizə edə bilməyib.
"İran ərazisində hərbi obyektlərə kamikadze-dronlardan hücum başlayıb. Naməlum PUA-lar qəflətən bir neçə hərbi obyektə və neft emalı zavoduna həmlə edib. Tehran, İsfahan, Xoy, Səlim, Həmədan, Cavanrud, Rəşt şəhərlərində partlayışlar və güclü yanğınlar barədə məlumatlar verilir. İran şəhərlərində xeyli dağıntılar və güclü yanğınlar barədə məlumatlar verilir", - Butusov özünün "Facebook" səhifəsində yazıb.
O, qeyd edib ki, hazırda heç bir ölkə İranda baş verən hadisələrə görə məsuliyyəti öz üzərinə götürməyib. Lakin Butusov deyib ki, partlayışlar İsraildə terror aktlarından sonra başlayıb.
Maraqlıdır ki, Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemləri ilə silahlanan İran hücumu dəf edə bilməyib. İran hazırda Rusiyanın hərbi müttəfiqidir, hər iki terrorçu ölkə hərbi texnologiyalar və silah mübadiləsi edir, birgə hərbi əməliyyatlar həyata keçirir. Bu, dünyanın bir çox ölkələri, o cümlədən Ukraynayq qarşı terrorçu müharibəsi aparan İran üçün ədalətli cəzadır.
Dronlar 21-cu əsrin əsas hücum silahına çevrilib. Onların üstünlüyü qiymətinin aşağı olması və anonimliyidir. Dronlar müharibəni elan etmədən aparmağa imkan verir", - Butusov əlavə edib.

































































































