“Mən onun Kəlbəcər həsrətini, Qarabağ nisgilini gözlərindən oxuyuram”x9d

Hazırda oxunan: “Mən onun Kəlbəcər həsrətini, Qarabağ nisgilini gözlərindən oxuyuram”x9d

83318








Moderator.az “Milli Zəka”x9d jurnalının təsisçisi və baş redaktoru, AYB və AJB-nin üzvü, AMEA Folklor İnstitutunun doktorantı, filoloq-publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) müəllif yazısını təqdim edir:


"Mən həmişə hər bir vətən oğlunda əfsanələrdən gələn o qaranquş fədəkarlığını görmək istəmişəm...

Doğulduğum yurd yeri üçün ruhum alışanda, bağrım yananda, gözlərim dolanda əfsanələrdən gələn qaranquş fədəkarlığı yadıma düşür. İsti yerlərə uçub getmiş qaranquş yazağzı köhnə yurda dönəndə yuva qurduğu evin alovlar içində yandığını görüb özünü dəryaya çırpır, dimdiyində su gətirib yanan evi-ocağı, yuvasını xilas etmək istəyir. Mən həmişə hər bir vətən oğlunda əfsanələrdən gələn o qaranquş fədəkarlığını görmək istəmişəm. O fədəkarlığı ki, nəsə canını qoymağa yer tapmasın, çırpınsın, odlara qalansın, bir sözlə, vətənin xilasına çalışsın... Axı vətənsiz biz nəyik? Qarabağımız olmadan biz xoşbəxt ola bilərikmi?

Eldar Həsənov bir vətən aşiqidi. Öz eli-obası, yurdu-yuvası, bütöv Azərbaycanı üçün gecə-gündüz yorulmadan çalışan təəssübkeş, qeyrətli bir vətən övladı... Mən onun Kəlbəcər həsrətini, Qarabağ nisgilini gözlərindən oxuyuram.
“Kəlbəcərin Saz qalası”x9d kitabımda bu böyük insanla bağlı yazıdığım bir cümlə  gözümün önünə gəldi. “Yadıma Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri, orada ermənilərin xalqımızın əleyhinə apardığı təbliğatın qarşısını cəsarətlə alan, türk dünyasının qəddar düşməni Andronikə heykəl qoyulmasına mane olan, imkan verməyən eloğlumuz, böyük vətənpərvər Eldar Həsənova səmimi hislərimlə həsr etdiyim “Yaxşıdı”x9d şeirinin bir bəndi düşdü:

Vətəndə olmadıq vətənsiz, qardaş, 
Qalsaq da çadırsız-çətənsiz qardaş,
“Ruh necə yaşayar”x9d bədənsiz, qardaş?
Ölməyə o yerin düzü yaxşıdı.

Eldar müəllimin birbaşa vəzifə və peşəsindən əlavə olaraq xalqımızın mənəvi dəyərlərinə necə önəm verməsini, mədəniyyətimizi, ədəbiyyatımızı nə dərəcədə ürəkdən sevməsini, təkcə sevməklə kifayətlənməyib, həm də onu xarici ölkələrdə geniş şəkildə təbliğ etməsi bizə yaxşı məlumdur. Təkçə elə Rumıniyada çalışdığı dönəmdə islam dünyasının müqəddəs kitabı “Qurani-Kərim”x9di, türk xalqlarının ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud”x9d dastanını, ulu Füzulinin seçmə qəzəllərini və şah əsəri “Leyli və Məcnun”x9du, həmçinin müasir Azərbaycan ədəbiyyatının neçə-neçə dəyərli nümunəsini ingilis, rus və rumın dillərinə tərcümə və nəşr etdirərək Şərqi Avropa regionunda yayılmasını təşkil edibdi.

Bəxtiyar Vəhabzadə, Anar, Çingiz Abdullayev və digər müasir yazarlarımızın yaradıcılığına həsr olunmuş geniş və sanballı yazılarla dövri mətbuatda çıxış edibdi. Bütün bunlar onun ədəbiyyatımıza, mədəniyyətimizə böyük sevgisindən irəli gəlməklə yanaşı, həm də sözün, sənətin mahiyyətini dərindən duymasından, mənəvi dəyərlərə yüksək qiymət verməsindən xəbər verir."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin