Vətənnamə
Turan törəməsi, türk balasıyıq,
Dünya tarixində biz qalasıyıq,
Xəzər dəniziyik, Qız qalasıyıq
Şərəflə çağlayır, damarda qanım.
Odlar ölkəsidir, Azərbaycanım,
Yaradan min nazü-nemət bəxş edib,
Köksünə Göy-göltək gözəl nəqş edib,
Bura xəstə gələn sağalıb gedib
Möcüzə göstərib Naftalan hər an
Canlı bir şahiddir buna Qobustan.
Ərənlər can qoyub yurdun daşına,
Mərdanə giriblər haqq savaşına
Xətayi ruh verib Qızılbaşına,
Cəsur igidlərlə əl-ələ verdi,
Təbrizimlə Bakım qol-qola girdi.
Alp ər Tonqaların üzü görünür,
Dədə Qorqudların közü görünür.
Daşnakın xəyanət izi görünür,
Onların xülyası uydurma, əbəs.
Aslanam, aslana dar gələr qəfəs.
Qəzəbim çeynəyir dil-dodağımı.
Açılmış görən yox qaş-qabağımı,
Azığın yaşıdı Qarabağımı,
Daşnak vəhşiliyi viran edəndən,
Yağılar yurdumu talan edəndən.
Oyunbazlıq edir, haqsız Yanovlar,
Gözləri tutulmuş korlar, qarovlar.
Köstəbək, goreşən, Tarakanovlar,
Sınacaq türkülüyün gücü önündə,
Çin səddi hoyuna yetdi Çinin də.
Haqsız olduğunu anladaq Qərbə,
Cinayət edənlər almalı zərbə.
Türklüyün cihadı çevrilsə hərbə,
BMT, MDB, NATO mat qalar,
Göydələn binalar ikiqat qalar.
Təqsirsiz xalqımı günahlandırır,
Neftiylə, qazıyla birgə yandırır,
Çətinə düşəndə bizdən yan durur
Düşmənimin düşməninə bənzəmir,
Dili topuq vurur, çıxmır səs-səmir.
Ev yıxmaq asandır, ev yığmaq çətin,
Sovurdun külünü göyə millətin,
Ey mənfur erməni, budur xislətin,
“Genosid, genosid”x9d deyib bağırma,
Sən soyqırım dağı çəkdin bağrıma.
Laçınım, Kəlbəcər, Şuşatək şəhər,
Yersiz haqsızlığa dözsün nə qədər,
Əsir Zəngilanı boğur dərd-qəhər,
Qubadlı, Cəbrayıl qan sızan yara,
Qisas səni güdür qarabaqara.
İyirmi faizdən doymayır gözü,
Atəş yağdırırlar məzara, düzü,
Abırsız düşmənin bülövdür üzü,
Hər cür vəhşiliyə onlar səbəbkar,
Dünya adlandırır bizi günahkar.
Niskilli Arazım Kürə qovuşur,
Temzanın suları Londonda coşur,
Hər çay öz işində-axır şırhaşır,
Biri dənizədir, biri ümmana,
Hərəsi üzünü tutub bir yana.
Dünay səkkiz məmləkətdən burulur,
Haqqın yox, güclünün yanında olur,
İran da müsəlman namazı qılır,
O həm qonşumuzdur, həm dindaşımız,
Farsa təsir etmir gözdə yaşımız.
Bakım Təbrizimin gözünə həsrət,
Tovuz Qarabağın özünə həsrət,
Naxçıvan Göyçənin üzünə həsrət,
Gəncəm İrəvana yetişə bilmir,
Zəngəzur Ağdamla bitişə bilmir.
Siyasət dünyası haqsızdır özü,
O söyləyə bilməz həqiqi sözü,
Dünya heç də maymaq bilməsin bizi,
İstəyirik barış olsun döyüşsüz,
Torpaqdan pay olmaz! bunu bilin siz!
Ürəklə oynayıb, başı kəsənlər,
Hərdən qeyzlənib yeltək əsənlər,
Gözə kül üfürüb bizdən küsənlər,
Gəl oyun oynama, ədaləti tap,
Bağla, tik yaramı, bu iynə, bu sap.
Nə şərqdə, nə də ki Qərbdədir nicat,
Xalqım, öz-özünlə apar hesabat,
Burda şahə qalxır nə vaxtdır Ağ at,
Çıx Cıdır düzünə Qıratını çap,
Dünyaya səs düşsün taraphatarap.
Yarandı qurtuluş ehtiyacımız,
Müdrik siyasətdir bir əlacımız,
And içib birləşsin qardaş-bacımız,
Koroğlu əsirdir Çənlibelində,
Hamı hazır olsun “Qisas!”x9d -dilində
Qazax, qırğız, özbək, türkmən, obası,
Atatürk sayılır Türkün babası,
O əmr edir: -“Geyin döyüş libası!”x9d
Kükrəsin vətənə məhəbbət seli,
Azad edin dardan obanı, eli,
Səması dumduru vətənim olsun,
Bu böyük zəfərə şənlik qurulsun,
Artıq Arazın da suyu durulsun,
Sevincimiz tutsun bütün dünyanı,
Tanrım hifz eyləsin Azərbaycanı!
Gülnar Səma


































































































