Moderator.az bu dəfə gənc yazar Ramil Mərzilinin yazısını təqdim edir.
Bu günlərdə 2-ci Gənc Ədiblər Məktəbini bitirən, diplom alan gənclərin daşı nəsə çox ağır oldu. Buna dözə biləcək baş varmı bilmirəm, amma ortada bir-iki boş görünəni var. Kimisi orda hər kəsi istedadsız sayır (ümumilikdə hamını), kimisi diplomdan imtina edir, kimisi ora gələnlərin saflığından, yazıqlığından dəm vurur, bir neçə nəfər ələkçinin qıl verənləri isə belə "yolun azmışlara" züy tuturlar. Anlamadığım odurki, Kəramətin Rəşad müəllimlə nəsə bir prinsipi var (Bu da qəribədir. Faiq Hüseynbəyli onu yazdığı yazı ərəfələri 525-in ofisindən çıxarkən görüb). Adam ancaq kütlə haqda danışır, ümumi söhbət edir. Və bu adam sanki hər dəfə şou yaradaraq Elza Seyidcahan yolu ilə gündəmdəmi qalmaq istəyir (Saçından da elə Elzaya oxşadıram). Adam özündən, çəkisindən ağır sözlər deyir, düşünmür ki, ironiya ilə "vurduğu" adamlar arasında yumor hissi zəif olanlar olar, tutar bunu bölər MƏRDƏKAN BROYLERİ kimi, edər iki şaqqa. Sonra gəl, Qəşəm müəllimə cavab ver ki, müəllim, Kəramət qəti içən deyil, sözünün yerini bilən adam idi, kimsənin bostanına daş atan deyildi, sadəcə əlim dinc durmadı...
Taleh də yazdı, Səfa da yazdı, İntiqam da yazdı, amma heç biri bu adam qədər istedadlı deyil. O cümlədən mən də, mənim kimi bir çox gənclər də. Kəramət, istedad sənin elədiklərindisə, mən ən istedadsız adamam, qardaş....
Qaldı GƏM-2 məzunlarına, siz davam edin qardaş, karvan hər döngə, dalanda saxlayası ha deyil. Uğurlar hər kəsə...





































































































