“Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayağı təqdirdə Ermənistan onun təhlükəsizliyini təmin etmək üçün bütün addımları atacaq. Biz Dağlıq Qarabağın müstəqilliyini dərhal tanıyacağıq”x9d.
Strateq.az bildirir ki, bu sözləri XİN ”“rəhbəri Edvard Nalbandyan parlamentin iclasında çıxışı zamanı bildirib. O, vurğulayıb ki, Yerevan Dağlıq Qarabağın qarantı kimi bu addımı atacaq.
Bununla yanaşı o, ABŞ Nümayəndələr Palatasının üzvləri Ed Roys və Eliott Enqelin Minsk Qrupunun amerikalı həmsədri Uorlikə göndərdiyi məktubu xatırladıb. Məktubda onlar atəşkəs rejiminin saxlanması üçün əlavə səylərin gücləndirilməsini xahiş ediblər.




































































































