Deputat qızını parlamentdə əmizdirdi - FOTO

Hazırda oxunan: Deputat qızını parlamentdə əmizdirdi - FOTO

87238
Argentinanın məşhur hüquq müdafiəçilərindən biri, ölkə parlamenti olan Milli Konqresin deputatı Viktoriya Donda Peres ali qanunverici orqanın iclasında 8 aylıq qızını əmizdirib.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, cazibədarlığına görə ölkə mediasının "Dipuseks", yəni "Seksual deputat" adlandırdığı 37 yaşlı Donda Peres parlament iclasları ilə yanaşı, rəsmi qəbullara və görüşlərə də balaca qızını qucağına alaraq qatılması ilə tanınır.

Deputatın parlament iclasında qızını əmizdirməsi birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə minlərlə insan Peresin bu addımını təqdir edərək onu "feminist ikona" elan etsələr də, yerdə qalanlar parlamentdə uşaq əmizdirməyi yolverilməz sayıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin