Sədrlə erməni jurnalist arasında Azərbaycana görə qalmaqal

Hazırda oxunan: Sədrlə erməni jurnalist arasında Azərbaycana görə qalmaqal

82079
KTMT-nin sədri Nikolay Bardyujanın mətbuat konfransında qalmaqal yaşanıb. 

ANS PRESS-in Moskva müxbirinin verdiyi məlumata görə, mətbuat konfransında erməni jurnalistin Bordyujaya sualı zalda gərginlik yaradıb. Erməni jurnalistin KTMT-nin Azərbaycana bu quruma üzvlük üçün müraciətinin izahahatını verməsini tələb edib. 

Nikolay Bordyuja isə cavabında erməni jurnalistin özündən izahat tələb edib: " Əslində mən sizdən izahat istəyirəm. Mən nə zaman üzvlüklə bağlı Azərbaycana müraciət etmişəm? Heç yadımda deyil. Ancaq etiraf etməliyəm ki, bu barədə Ermənistan mətbuatında çox xəbərlər oxumuşam. Sizin mətbuata qalsa mən çox şey demişəm. Halbuki bunlardan özümün xəbərim yoxdur. Ancaq bununla belə Azərbaycanın üzvlüyü ilə bağlı hər halda fikrimi bildirmək istərdim. KTMT bütün dövlətlərlə əməkdaşlığa hazırdır. Əgər Azərbaycan tərəfi bizə üzvlüklə bağlı müraciət etsə, bütün üzvlərimizlə bunu dəyərləndirməyə hazırıq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin