Nepalda 7 mindən çox insanın ölümünə səbəb olan təbii fəlakətə dünya ulduzları da biganə qala bilmir. ANS PRESS-in məlumatına görə, Kriştiano Ronaldo zəlzələdən əziyyət çəkənlərə 7 milyon avro yardım edib.xa0
"Real Madrid"in ulduz siması pulu "Save The Children" (Uşaqları qoruyun) vəqfinə bağışlayıb.xa0
Futbolçu Nepalda minlərlə insanın ölümünə, yaralanmasına və evsiz qalmasına səbəb olan fəlakətə sosial şəbəkədəki səhifəsindən diqqət çəkməyə çalışıb.xa0
O, uşaqların belə ağır vəziyyətdən çıxarılması üçün hər kəsin səfərbər olması gərəkdiyini qeyd edib.xa0
Xatırladaq ki, bundan öncə də o Qəzzada hərbi əməliyyatlardan zərərçəkən uşaqlara yardım əlini uzatmış onlara 1,5 milyon avro bağışlamışdı.xa0
Nepalda 7,8 bal gücündə zəlzələ aprel ayının 25-də baş verib. Fəlakət nəticəsində yüzlərlə ev dağılıb. Ölənlərin sayı 8 minə yaxınlaşır. Onlarla ölkə, o cümlədən Azərbaycan Nepala humanitar yardım göndərib.xa0




































































































