3 yaşlı uşağın futbol bacarığı problem yaratdı, polis çağırıldı - VİDEO

Hazırda oxunan: 3 yaşlı uşağın futbol bacarığı problem yaratdı, polis çağırıldı - VİDEO

644366

ABŞ-də azyaşlılar arasında keçirilən futbol matçında insident baş verib, əraziyə polis çağırılıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb üç yaşlı uşağın meydanda həddindən artıq yaxşı oynaması və atasının onu meydandan çıxarmaqdan imtina etməsi olub.
 

“International Business Times” nəşrinin yazdığına görə, bundan əvvəl digər uşaqların valideynləri azyaşlının topu komanda yoldaşları ilə bölüşməməsindən, bütün rəqibləri keçərək qolları özü vurmasından şikayət ediblər.


Uşağın atası sosial şəbəkələrdə polis əməkdaşlarının həqiqətən də gəldiyini və onları meydandan çıxardığını təsdiqləyib. Bundan əlavə, uşaq futbol liqası da azyaşlının mövsüm ərzində iştirakını dayandırıb və valideynlərinə ödəniş haqqını geri qaytarıb.

Qərarın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin