“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:
1. Tam orta ümumtəhsil məktəbi - 2000
2. Lisey - 2200
3. Gimnaziya - 2200
4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500
5. İnternat tipli lisey - 3000
6. İnternat tipli gimnaziya - 3000
Bu Sənədə əsasən müəyyən edilmiş məbləğlər baza məbləğlər olub, onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”na uyğun olaraq artım əmsalları tətbiq edilir.
Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq edilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:27 / 26.10.2026
Dövlət məktəblərində hər şagird üçün ayrılan illik vəsait müəyyənləşdi - MƏBLƏĞLƏR
Hazırda oxunan: Dövlət məktəblərində hər şagird üçün ayrılan illik vəsait müəyyənləşdi - MƏBLƏĞLƏR
Hazırda oxunan: Dövlət məktəblərində hər şagird üçün ayrılan illik vəsait müəyyənləşdi - MƏBLƏĞLƏR
644362
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































