Müasir dövrün ən sirli milyarderinin adı AÇIQLANDI

Hazırda oxunan: Müasir dövrün ən sirli milyarderinin adı AÇIQLANDI

644370

“Financial Times” nəşri müasir dövrün ən sirli milyarderinin adını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, söhbət sərvəti təxminən 10-12 milyard dollar qiymətləndirilən Piter de Pyutrondan gedir.
 

Nəşrin yazdığına görə, milyarderin mediada heç bir fotosu yoxdur. O, harada olmasından asılı olmayaraq, istər qapalı məkanda, istərsə də açıq havada şlyapa, plaş və tünd eynəklə görünür. Bu səbəbdən onun görünüşü casusu xatırladır.


Bildirilir ki, de Pyutron görüşlər zamanı tez-tez iştirakçılardan hər cür texniki vasitələrdən istifadə etməməyi tələb edir. O, görüşlərə yalnız bloknot və karandaş gətirilməsinə icazə verir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin