Şahzadə Harrinin ailəsində QALMAQAL - Qayınatası istintaqa cəlb olundu

Hazırda oxunan: Şahzadə Harrinin ailəsində QALMAQAL - Qayınatası istintaqa cəlb olundu

643930

Sussex hersoginyası Meqan Marklın atası Tomas Markl uşaqların cinsi istismarı ilə bağlı materialları saxlamaqda şübhəli bilinir. Filippin hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Bizim.Media xəbər verir ki, Filippinin ədliyyə nazirinin müavini Tay “Reuters” agentliyinə açıqlamasında istintaqın insan alveri və internetdə uşaqların cinsi istismarına qarşı mübarizə üzrə xüsusi qrup tərəfindən aparıldığını bildirib.

Məlumata görə, polis əməkdaşları Tomas Marklın kompüterini müsadirə edib. O isə ittihamları rədd edərək, yayılan məlumatları “xəstə təxəyyülün məhsulu olan yalan” adlandırıb.

Kütləvi informasiya vasitələrinin yazdığına görə, ehtimal olunan qanun pozuntuları barədə polisə Meqan Marklın ögey qardaşı məlumat verib. O, atasının Filippindəki evində müvafiq materiallar aşkar etdiyini bildirib.

Meqan Markl açıqlamasında London polisinin hələ 2018-ci ildə atasına qarşı narahatedici ittihamlar barədə ona məlumat verdiyini deyib. Hersoqinya zərərçəkmiş uşaqlarla bağlı narahatlığını ifadə edib və araşdırmanın ədalətli aparılacağına ümid etdiyini bildirib.

O, həmçinin uşaqlarının təhlükəsizliyini qorumaq məqsədilə atası ilə münasibətlərini məhdudlaşdırdığını və onun övladları ilə ünsiyyət qurmasına icazə vermədiyini vurğulayıb.

Qeyd edək ki, 82 yaşlı Tomas Markl əvvəllər Filippində yaşayıb. Hazırda o, ABŞ-ın Florida ştatında reabilitasiya mərkəzindədir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin