"Qarabağ" Koxalskiyə daha yüksək maaş təklif edibmiş

Hazırda oxunan: "Qarabağ" Koxalskiyə daha yüksək maaş təklif edibmiş

643478

Mateuş Koxalskinin "Qarabağ"dan ayrılaraq Polşaya qayıtmasının səbəbi bəlli olub.

Bizim.Media Polşa mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı qapıçını komandada saxlamaq niyyətində olub və ona yeni müqavilə təklif edib. Lakin Koxalski daha çox oyun təcrübəsi qazanmaq məqsədilə ölkəsinə qayıtmağa üstünlük verib.

Bildirilir ki, "Qarabağ"ın yeni müqavilə üçün təklif etdiyi maliyyə şərtləri "Vyeçista Krakov"un təklifindən daha sərfəli olub. Buna baxmayaraq, qolkiper Polşa klubuna keçmək qərarına gəlib.

Qeyd edək ki, Mateuş Koxalski 2024-2026-cı illərdə "Qarabağ"ın formasını geyinib. Bu ilin yay transfer pəncərəsində isə "Vyeçista Krakov"a transfer olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin