Sürücülərin DİQQƏTİNƏ: Bu yol bağlanır

Hazırda oxunan: Sürücülərin DİQQƏTİNƏ: Bu yol bağlanır

643488

Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin Koroğlu metro stansiyasından (Piramida tərəf) Heydər Əliyev prospektinədək olan hissəsində və Bakıxanov qəsəbəsi istiqamətində təmir işləri aparılacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə bu tarixlərdə tam məhdudiyyət tətbiq olunacaq: 21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək, 22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək, 23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək.

"Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - AAYDA-dan qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin