Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

Hazırda oxunan: Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

643483

Bakıda 65 yaşlı kişi gəlinini döyüb.

Bizim.Media xəbər verir ki, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqda torpaq sahəsi alıb və özünə ev tikib. Ev hazır olandan sonra özlərinə aid olan əşyaları yeni evə köçürüblər. 

Sakitin həyat yoldaşı Elzadə özünə məxsus məişət əşyalarını toplayarkən evdəki yeni soyuducunu da götürmək istəyib. Bu vaxt evdə olan digər gəlin - Aqilin həyat yoldaşı buna etiraz edib. 
 

Mübahisə sakitləşəndən sonra Akif gəlinlərə yaxınlaşıb və mübahisənin səbəbini soruşub. Elzadə bildirib ki, evdəki soyuducunu Sakit aldığı üçün həmin soyuducunu da evinə aparmaq istəyir. Qayınata gəlini sakitləşdirib və soyuducunun bu evdə qalmasını istəyib. 


O, gəlininə bildirib ki, soyuducunun birini yeni evinə aparıb, ona görə də bu soyuducu onun evində qalsın. Elzadə isə daha da əsəbiləşərək, "o soyuducu bu evdə qalacaqsa, sənin yasına qismət olsun", - deyib. Bundan əsəbiləşən Akif gəlinini döyüb, ona bədən xəsarətləri yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Akif saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə iclasında gəlinlə qayınata arasında barışıq elan olunub, cinayət işinə xitam verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin