Bakıda autizmli uşağın döyülməsi ilə bağlı cinayət işi başlanıldı – DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Bakıda autizmli uşağın döyülməsi ilə bağlı cinayət işi başlanıldı – DİN-dən AÇIQLAMA

643502

Bakıda uşaqların erkən inkişaf mərkəzində autizmli uşağın döyülməsi faktı polis tərəfindən araşdırılır.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə “Brain Academy” uşaqların erkən inkişaf mərkəzinin Bakıxanov filialında baş verib. Sözügedən mərkəzdə 2 yaşlı autizm spektrli uşağın zorakılığa məruz qalması barədə görüntülər yayılıb.

Azyaşlının valideynləri bununla bağlı şikayət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin