"Hazırda ölkə üzrə 10 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var".
Bizim.Media xəbər verir ki, bu barədə “ölkə.az”ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, onlar aylıq pensiya və təqaüdlə təmin edilirlər:
"Həmçinin onların pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanaraq ödənilir.
Bundan başqa, hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən sözügedən kateqoriyadan olan vətəndaşlara birdəfəlik yardım verilməsi barədə Sərəncam imzalanır.
2026-cı ildə də dövlətimizin başçısı tərəfindən imzalanmış Sərəncamla İkinci Dünya müharibəsi iştirakçılarına 2750 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və s. şəxslərə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.
Eyni zamanda, ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı da həyata keçirilib".
Qeyd edək ki, İkinci Dünya müharibəsində 600 mindən çox azərbaycanlı iştirak edib.
Onların yarısı - 300 min nəfəri müharibədə həlak olub. 300 min azərbaycanlı isə müharibədən sağ qayıdıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:08 / 08.09.2026
Onlardan 10 nəfəri sağ qalıb -RƏSMİ
Hazırda oxunan: Onlardan 10 nəfəri sağ qalıb -RƏSMİ
Hazırda oxunan: Onlardan 10 nəfəri sağ qalıb -RƏSMİ
635482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































