Rusiyanın Krasnodar diyarında təhlükəli alaq otu - ambroziyanın çiçəklənməsi insanlarda ciddi allergik reaksiyalara səbəb olur. Bitkinin tozcuqları səbəbindən yerli sakinlər və turistlər nəfəs almaqda çətinlik çəkir, tənəffüs yollarında güclü şişkinlik yaranır.
Bizim.Media xəbər verir ki, SHOT-un məlumatına görə, avqustun əvvəlindən etibarən bölgə sakinləri qəfil boğulma, güclü öskürək və tənəffüs yollarında şişkinlikdən şikayətlənirlər.
Məlumata görə, ağciyərlərdə yaranan spazmlardan hətta həyatında heç vaxt allergiya problemi yaşamayan insanlar da əziyyət çəkirlər. Dərmanların isə simptomları aradan qaldırmaqda çox vaxt zəif təsir göstərdiyi bildirilir.
Anapskaya stanitsasında yaşayan 30 yaşlı Valentina SHOT-a bildirib ki, gözləri ciddi şəkildə şişib və preparatlar ona kömək etmir.
Ambroziya görünüşünə görə yovşana bənzəyir. Bitkinin tozcuqlarının tərkibində xüsusi zülallar və ambroziya turşuları var.
Məhz bu maddələrin güclü iltihab prosesinə səbəb olduğu qeyd edilir. Ambroziyanın tozcuqları hava ilə asanlıqla və sürətlə yayılaraq böyük məsafələr qət edə bilir.
Krasnodar diyarı ilə yanaşı, hazırda Stavropol diyarı, Voronej, Belqorod, Rostov, Volqoqrad və Samara vilayətləri də risk zonasındadır. (müsavat.com)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:57 / 03.09.2026
Təhlükəli alaq otu: Görəndə uzaq durun - Dərmanlar belə kömək etmir
Hazırda oxunan: Təhlükəli alaq otu: Görəndə uzaq durun - Dərmanlar belə kömək etmir
Hazırda oxunan: Təhlükəli alaq otu: Görəndə uzaq durun - Dərmanlar belə kömək etmir
634582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































