Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs verildi

Hazırda oxunan: Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs verildi

634587

“Progress-2016” MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Şirkət rəhbərinə xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə irəli sürülən ittiham zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqini tapıb. Təqsirləndirilən şəxsin eyni mənzili bir neçə nəfərə satdığı sübuta yetirilib.

Hökmə əsasən, Səməndərova ittiham olunduğu maddənin sanksiyasının yuxarı həddi - 13 il həbs cəzası verilib.

Fotoda: Emil Səməndərov


 

Qeyd edək ki, hazırda təqsirli bilinən şirkət rəhbəri bu yaxınlarda məşhur iş adamı İsfəndiyar Axundovu məhkəməyə verməsi ilə gündəmə gəlmişdi. Buna səbəb isə Şərurlu İsfəndiyarın bir verilişdə onu “dələduz” adlandırması olub. Səməndərov qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan bu ifadəni özünə qarşı təhqir və böhtan hesab edərək qarşı tərəfin cəzalandırılmasını istəyib. Məhkəmə şikayəti əsassız sayaraq Şərurlu İsfəndiyara bəraət verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin