ABŞ-ın Merilend ştatının federal dairə məhkəməsi prezident Donald Trampın ölkədə "doğuş turizmini" qadağan edən fərmanının icrasını müvəqqəti olaraq dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qərara əsasən, Vaşinqton administrasiyası avqustun əvvəlində imzalanmış və əcnəbilərin xüsusi olaraq ABŞ-da uşaq dünyaya gətirməklə Amerika vətəndaşlığı almasının qarşısını almağa hədəflənən fərmanın əsas müddəalarının icrasını hələlik dayandırmalıdır.
Qərar yekun deyil, miqrant hüquqlarını müdafiə edən təşkilatların iddiası üzrə araşdırmalar davam edir.
Merilend məhkəməsi hesab edib ki, Trampın bu fərmanı ABŞ Ali Məhkəməsinin qərarına ziddir.
Ali Məhkəmə iyun ayında prezidentin doğum üzrə vətəndaşlıq hüququnu məhdudlaşdıran digər oxşar sərəncamını konstitusiyaya zidd hesab etmişdi.
Xatırladaq ki, ABŞ-da torpaq hüququ (doğuşa görə vətəndaşlıq) ilə bağlı konstitusiya düzəlişi Vətəndaş müharibəsindən (1861-1865) sonra qəbul edilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:43 / 03.09.2026
ABŞ məhkəməsi Trampın bu fərmanının icrasını dayandırdı
Hazırda oxunan: ABŞ məhkəməsi Trampın bu fərmanının icrasını dayandırdı
Hazırda oxunan: ABŞ məhkəməsi Trampın bu fərmanının icrasını dayandırdı
634558
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































