Liviya rəsmisi: “Məqsədimiz Azərbaycanın minatəmizləmə təcrübəsindən yararlanmaqdır”

Hazırda oxunan: Liviya rəsmisi: “Məqsədimiz Azərbaycanın minatəmizləmə təcrübəsindən yararlanmaqdır”

634577

“Bizim burada olmağımıza səbəb minatəmizləmədə Azərbaycanın təcrübəsindən yararlanmaqdır. Liviya bu sahədə Azərbaycanla təcrübə mübadiləsi aparmaqda maraqlıdır”.

Bizim.Media xəbər verir ki, bunu Liviyanın mənzil və tikinti nazirinin müşaviri Fathi Benfares Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Liviyanın İkinci Dünya müharibəsindən, həmçinin İŞİD-lə müharibə zamanından qalan minalarla bağlı təcrübəsi var:

"Mina ilə çirklənmiş ərazilərin 90 faizi təmizlənsə də hələ də mina partlayışları baş verir və insanlar bundan əziyyət çəkirlər. Son 6 ildə təxminən 90 nəfər minalardan zərər çəkib və xəsarət alıb. İndiyə qədər, Liviyaya mina fəaliyyətinə göstərilən beynəlxalq dəstəyin kifayət etdiyini düşünmürəm. Bizə daha çox dəstək, BMT-nin İnkişaf Proqramı (UNDP) və minatəmizləmə sahəsində fəaliyyət göstərən digər qurumların daha çox təcrübəsi lazımdır".

Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin