Tibb işçilərinə dövlət qayğısının gücləndirilməsi istiqamətində növbəti addım

Hazırda oxunan: Tibb işçilərinə dövlət qayğısının gücləndirilməsi istiqamətində növbəti addım

634390

“Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, 2030-cu ildə dünya üzrə tibb işçilərinin çatışmazlığı 11 milyon nəfərə çatacaq. Azərbaycanda hər 10 min əhaliyə düşən həkim sayı 34,5-dir ki, bu say səhiyyə sisteminin qarşısında duran ehtiyacları təmin edən bir saydır”.

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdrarəetmə Birliyinin icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında məlumat verib.

"Qarşımızda duran çağırış bu sayın regionlar üzrə qeyri-bərabər bölünməsi və disproporsiyanın olmasıdır. Bakı, Gəncə, Sumqayıt, Abşeronda bu say səhiyyə sistemini qane edir. Hətta Bakıda hər 10 min nəfərə 101,7 həkim düşür.

Buna baxmayaraq, xüsusilə ixtisaslı həkimlərin çatışmadığı müəyyən regionlar mövcuddur. Bu islahatın əsas məqsədi tibb işçilərinin maddi rifahını yaxşılaşdırmaq, əməyini layiqli qiymətləndirmək, eyni zamanda, səhiyyə sisteminin qarşısında duran çağırışları və problemləri aradan qaldırmaqdır. 

Əminəm ki, bu islahat regionlarda həkim sayının artmasına və regionlara ixtisaslı həkimlərin cəlbinə çox böyük dəstək olacaq. Regionlarda həkim təminatını gücləndirmək üçün kompleks yanaşma tələb olunur. Burada həm həkimlərin hüququnun müdafiəsi, onlara olan münasibət, infrastrukturun və avadanlığın olması çox önəmlidir. 

Lakin bütün bu addımlar gənc həkimin regiona köçmək istəmədiyi və əməkhaqqının onu qane etmədiyi hallarda istədiyimiz effekti verməyəcək. Ona görə də bu islahatda region həkimləri üçün bir neçə istiqamətdə fərqləndirmələr aparmışıq. Buraya sabit əlavələrin böyük şəhərlərdəki sabit əlavələrdən artıq olması, işə görə verilən əlavə ödənişlər və regional əmsal da fərqlidir. Bu islahatın regionlarda həkim təminatına müsbət təsir göstərəcəyinə əminəm", - deyə Anar Bayramov bildirib.

Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin