Ermənistanda eks-naziri yatağından məhkəməyə belə apardılar – VİDEO

Hazırda oxunan: Ermənistanda eks-naziri yatağından məhkəməyə belə apardılar – VİDEO

634384

Ermənistanın keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Xaçatryan rüşvətxorluqda, çirkli pulların yuyulmasında və qanunsuz əmlak əldə etməkdə ittiham olunur.

Cinayət işi çərçivəsində onun və oğlunun evində, eləcə də onlarla əlaqəli 20-dən çox şirkətin ofisində axtarış aparılıb.

O, dünən həmin ittihamlar üzrə saxlanılıb. Eks-nazir səhhəti ilə bağlı problemlərə görə məhkəməyə xərəkdə aparılıb. Xaçatryanın vəkilləri bunu tənqid edərək insan haqlarının pozulması faktı adlandırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin