Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO

Hazırda oxunan: Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO

633810

Bu gün səhər saatlarından Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi başlayıb.

Bizim.Media xəbər verir ki, klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb.

Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.

Bunlar tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələridir.
 

Bakı sakinlərinin hər zaman böyük maraqla qarşıladığı sərgi bir qədər sonra klassik avtomobillərin yürüşü ilə davam edəcək.


Paytaxtın əsas küçə və prospektindən keçən yürüş Sea Breeze ərazisində başa çatacaq.
































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin