Putin ŞƏT sammitində Paşinyana Moskvanın mövqeyini bir daha açıqlayacaq

Hazırda oxunan: Putin ŞƏT sammitində Paşinyana Moskvanın mövqeyini bir daha açıqlayacaq

633885

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə İrəvanın Avropa İttifaqına üzv olmaq niyyəti ilə bağlı Moskvanın mövqeyini bir daha açıqlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onların görüşü sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçiriləcək.

“Prezident, əlbəttə ki, bu görüşdən istifadə edərək arqumentlərimizi bir daha ortaya qoyacaq”, – Peskov deyib.

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri də daha əvvəl Ermənistanın Avropa İttifaqına üzvlük və Avrasiya İqtisadi İttifaqında qalmaq arasında seçim etməsini referendum yolu ilə müəyyənləşdirməsini təklif ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin