Mişel Obamanın qızları ilə bağlı etirafı: “Onlar üçün darıxmıram”

Hazırda oxunan: Mişel Obamanın qızları ilə bağlı etirafı: “Onlar üçün darıxmıram”

633841

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın böyüyərək evdən ayrılan qızları barədə səmimi etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, 62 yaşlı Mişel Obama IMO podkastında qızları – 28 yaşlı Maliya və 25 yaşlı Saşa haqqında danışarkən “Onlar üçün darıxmıram. Onları sevirəm, bu gün axşam yeməyində görəcəyəm” deyib.
 

Keçmiş birinci xanım bildirib ki, qızları kollecə gedəndə həyat yoldaşı Barak Obama ağlayıb, özü isə bunu daha çox azadlıq kimi qəbul edib. O, qızlarının müstəqil həyata keçməsindən qürur duyduğunu və artıq vaxtını daha sərbəst planlaşdıra bildiyini söyləyib.


Mişel Obamanın sözləri sosial şəbəkələrdə fikirləri iki yerə bölüb. Bəzi valideynlər onun mövqeyi ilə razılaşmayaraq, övladları böyüsə belə onlar üçün darıxmağın normal olduğunu bildiriblər.

Digər istifadəçilər isə keçmiş birinci xanımı müdafiə edərək, övladların müstəqil həyata başlamasının valideynlər üçün də həyatın yeni mərhələsi olduğunu vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin