Gecə saatlarında Şəkinin Cəyirli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, avtomobilin idarətetməndən çıxması nəticəsində Oğuz rayon sakinləri, 37 yaşlı Nurlan Həsrətov, 37 yaşlı Musa Mirzəyev və 36 yaşlı Rahim Salamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər üç yaralı Təcili tibbi yardım briqadasının köməyi Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilən pasiyentlərin müayinə və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
08:38 / 28.08.2026
Şəkidə AĞIR QƏZA – Yaralılar var
Hazırda oxunan: Şəkidə AĞIR QƏZA – Yaralılar var
Hazırda oxunan: Şəkidə AĞIR QƏZA – Yaralılar var
633438
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































