Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu

Hazırda oxunan: Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu

633512

Kral V Haraldın vəfatından sonra onun oğlu Hokon Norveçin yeni monarxı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Norveç mediası məlumat yayıb.

Bildirilir ki, kral sarayında yeni kralın şərəfinə bayraq ucaldılıb.
 

"Bir neçə dəqiqə əvvəl o, yeni vəliəhd şahzadə İnqrid Aleksandra ilə birlikdə hökumət nümayəndələrinin iştirakı ilə Nazirlər Kabinetinin növbədənkənar iclasını keçirib", - məlumatda qeyd olunub.


Ölkə hökuməti milli matəm elan edib və bu, V Haraldın dəfn mərasimi başa çatana qədər davam edəcək.

V Harald 89 yaşında Oslonun "Rikshospitale" universitet xəstəxanasında vəfat edib. Medianın məlumatına görə, kralın ölümü ilə əlaqədar Oslo meri Anne Lindbo cümə günü baş tutmalı olan toyunu təxirə salıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin