2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olanlar arasında şəhidlərin həyat yoldaşları da var.
Bizim.Media xəbər verir ki, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.
Həmin xanımların adlarını təqdim edirik:
Vətən müharibəsi qəhrəmanı, baş gizir Camal İsmayılovun xanımı Fatimə İsmayılova – Odlar Yurdu Universiteti, “Turizm işinin təşkili” ixtisası;
Şəhid leytenant Elcan Məmmədovun xanımı Gülnarə Məmmədova – Qərbi Kaspi Universiteti, “Biznesin idarə edilməsi” ixtisası;
Şəhid baş leytenant Elməddin Nəsibovun xanımı Gülnar Nəsibova – Azərbaycan Kooperasiya Universiteti, “Biznesin idarə edilməsi” ixtisası;
Şəhid baş leytenant Emin Mahmudovun xanımı Aytac Mahmudova – Azərbaycan Kooperasiya Universiteti, “Maliyyə” ixtisası;
Şəhid kapitan Rəşad Əliyevin xanımı Rəfiqə Əliyeva – Azərbaycan Kooperasiya Universiteti, “İqtisadiyyat” ixtisası;
Şəhid kapitan Hikmət Hacıyevin xanımı Rühanə Hüseynova – Lənkəran Dövlət Universiteti, “Marketinq” ixtisası.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:42 / 28.08.2026
Şəhid xanımları tələbə adını qazandı – FOTO
Hazırda oxunan: Şəhid xanımları tələbə adını qazandı – FOTO
Hazırda oxunan: Şəhid xanımları tələbə adını qazandı – FOTO
633489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































