“Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradov müəmmalı şəkildə həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu “facebook” səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, Z.Muradov avqustun 1-də Qubada 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib və bu günə qədər hadisədən məlumatlı olmayıb:
“Biz onun dünyasını dəyişdiyindən xəbərsiz olmuşuq. Neçə gündür yeni tərcümə vermək üçün ona zəng edirik, telefonu sönülüdür. İndi öyrənirik ki, Ziya avqustun 1-də Qubada, 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib. Ailəsi də hadisənin necə baş verdiyi ilə bağlı ciddi suallar qaldırır.
Mənə maraqlıdır: belə bir ölüm faktı necə bu qədər səssiz qala bilər?
Hadisə zamanı 17 nəfər orada olub. Ailə bədənində zədə izi gördüyünü bildirir. Hadisənin yeri və necə baş verməsi ilə bağlı müxtəlif ifadələrin olduğunu deyir. Bütün bunlara baxmayaraq, təxminən bir aya yaxın müddətdə biz – onun uzun illər əməkdaşlıq etdiyi nəşriyyat belə – ölümündən xəbər tutmamışıq”, - deyə Xuduoğlu yazıb.
Qeyd edək ki, Ziya Muradov uzun illər “Qanun” Nəşriyyatı ilə əməkdaşlıq edib, rus dilindən Azərbaycan dilinə kitablar tərcümə edib. Onun son tərcümələrindən biri Yevgeni Zamyatinin “Biz” romanıdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:11 / 28.08.2026
Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi
Hazırda oxunan: Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi
Hazırda oxunan: Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi
633432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































