III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb

Hazırda oxunan: III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb

633513

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmədən sonra III ixtisas qrupunda cəmi 5 plan yeri boş qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin boş qalan yerlərə qəbul üçün nəşr etdiyi “Abituriyent” jurnalının 7-ci nömrəsində məlumat verilib.

Jurnaldakı göstəricilərə əsasən, III qrup üzrə boş qalan 5 yerin hamısı Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasına aiddir.

Proqram DT altqrupu üzrə, əyani təhsil formasında və ingilis dilində tədris olunur. İxtisas üzrə illik təhsil haqqı 2400 manat təşkil edir. 
 

Beləliklə, III ixtisas qrupu boş plan yerlərinin sayına görə digər qruplardan kəskin fərqlənir. Müqayisə üçün, I qrupda 533, II qrupda 357, IV qrupda isə 407 boş plan yeri ikinci müsabiqəyə çıxarılıb.


Bu göstəricilər III qrup üzrə ayrılmış plan yerlərinin əsas yerləşdirmə mərhələsində, demək olar ki, tam dolduğunu göstərir. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin