Bakıda gənc dənizçinin meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Dənizçilərin İctimai Birliyinin” sədri İlham Nəsirov sosial şəbəkə hesabında məlumat yayıb.
Bu ilin iyun ayında Azov dənizində dron hücumuna məruz qalmış gəmidə xəsarət alan gəmiçi Elvin İbadov Bakıda vəfat edib. Onun həmin hadisədən sonra psixoloji sarsıntı keçirdiyi bildirilib.
Qeyd edək ki, mərhum Elvin İbadov Qara dənizdə dron hücumuna məruz qalan "Natra" gəmisinin motorçusu olub. O, həmin hadisədən sonra Bakıya qayıdıb. Bu ilin iyun ayında baş verən hadisədə gəminin kapitanı Rəcəb Əhədov həlak olub. O, Neftçalada dəfn edilib.

Bizim.Media






































































































